Arche — Vitamin D3 və Vitamin K2-nin əlavə mənbəyi kimi tövsiyə olunan, sümük-əzələ sistemini, immuniteti, dişlərin sağlamlığını və ürək-damar sistemini dəstəkləmək üçün nəzərdə tutulmuş kompleks tərkibli bioloji fəallığa malik qida əlavəsidir
Məhsulun tərkibindəki Vitamin D3 kalsium və fosforun həzm sistemindən sorulmasını tənzimləyir, sümüklərin və dişlərin möhkəmlənməsində həlledici rol oynayır
Tərkibdə yer alan Vitamin K2 kalsiumun qandan birbaşa sümük və diş toxumasına yönəldilməsini təmin edir, kalsiumun sümüklərdə düzgün çökməsini stimullaşdırır
Köməkçi maddə kimi tərkibə daxil edilən 100% Zeytun yağı yağda həll olan D3 və K2 vitaminlərinin mədə-bağırsaq traktından sürətli, maneəsiz və optimal dərəcədə sorulmasını təmin edən təbii daşıyıcı mühit rolunu oynayır
Bu vasitə sümük zəifliyi, raxit riskinin qarşısının alınması, tez-tez xəstələnmə, immunitet zəifliyi və D3/K2 vitamin çatışmazlığı hallarında orqanizmin gündəlik tələbatını tam ödəyən etibarlı mənbədir