BİFATOP

BİFATOP

Kapsul

30 kapsul

BİFATOP tərkibindəki dörd müxtəlif probiotik canlı bakteriya ştamı və İnulin prebiotiki sayəsində həzm sistemi və ümumi sağlamlıq üçün çoxşaxəli dəstək təmin edən sinbiotik kompleksdir.

Məhsul antibiotik qəbulu, infeksiyalar və ya qeyri-düzgün qidalanma nəticəsində pozulmuş faydalı bakteriya balansını bərpa edir, zərərli mikroorqanizmlərin və göbələklərin bağırsaq divarında çoxalmasının qarşısını alır.

Həzm sisteminin işini tənzimləyərək qarın köpməsi, qaz, ağırlıq hissəsi kimi diskomfortları aradan qaldırır. Bağırsaq motorikasını normallaşdıraraq həm qəbizlik, həm də diareya kimi disbakterioz halları zamanı bərpa prosesinə kömək edir.

İmmunitet hüceyrələrinin böyük hissəsi bağırsaqlarda yerləşdiyi üçün faydalı bakteriyalar bağırsaq baryerini möhkəmləndirir və orqanizmin infeksiyalara karşı müqavimətini yüksəldir.

Tərkibindəki İnulin maddəsi probiotik bakteriyalar üçün təbii qida mühitidir. Bu maddə faydalı bakteriyaların mühitə adaptasiyasını təmin edir, onların canlı qalma müddətini artırır və bağırsaqda çoğalmasına şərait yaradır.

Məhsul 4–14 yaş arası uşaqlar və böyüklər tərəfindən antibiotik terapiyası zamanı və ya sonrasında, həzm pozuntularında və bağırsaq mikroflorası pozğunluqlarında gündə bir kapsul olmaqla istifadə oluna bilər.

Paylaş: