BiltonForte

BiltonForte

Məhlul (Sirop)

Məhlul (Sirop) 150 ml

BiltonForte — həzm sisteminin funksional fəaliyyətini yaxşılaşdırmaq, mədə-bağırsaq traktının işini yüngülləşdirmək və həzm proseslərini normallaşdırmaq məqsədilə tövsiyə olunan, zəngin bitki ekstraktlarından ibarət təbii tərkibli daxilə qəbul üçün məhluldur. Dərman vasitəsi deyildir, bioloji fəallığa malik qida əlavəsidir.

  • Qarğıdalı saçaqları ekstraktı: Öd qovucu və yüngül sidikqovucu təsirə malikdir, ödün axıcılığını yaxşılaşdırır və ödqovucu yolların işini tənzimləyir.

  • Zəncəfil kökü ekstraktı: Mədədə köp, ürəkbulanma və ağırlıq hissəsini aradan qaldırır, həzm fermentlərinin sekresiyasını stimullaşdırır.

  • Sarıkök bitkisinin kökünün ekstraktı: Güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, qaraciyər hüceyrələrini qoruyur və həzmi rahatlaşdırır.

  • Boymadərən bitkisi ekstraktı: Mədə-bağırsaq spazmlarını götürür, iştahanı tənzimləyir və iltihabi proseslərin qarşısını almağa kömək edir.

  • Ballı nanə bitkisi ekstraktı: Bağırsaq adələlərini rahatlaşdırır, spazmolitik təsir göstərir və həzm zamanı yaranan narahatlığı azaldır.

  • İtburnu meyvəsinin ekstraktı: C vitamini və təbii antioksidantlarla zəngindir, orqanizmin ümumi müqavimətini artırır.

  • Zeytun yağı: Mədə örtüyünü qoruyur və piylərin həzm olunma prosesini asanlaşdırır.

  • Kiçik qızılçətir bitkisi ekstraktı: Mədə şirəsinin ifrazını tənzimləyir, iştahasızlığı və həzmsizliyi aradan qaldırmağa kömək edir.

  • Ənginar yarpağı ekstraktı: Qaraciyərin detoksifikasiya funksiyasını gücləndirir və öd ifrazını stimullaşdırır.

Paylaş: