BIONTRIX kapsul oynaqların, qığırdaqların və sümük sisteminin sağlamlığını dəstəkləmək, hərəkətliliyi və elastikliyi təmin etmək üçün nəzərdə tutulmuş müasir kombinasiyalı qida əlavəsidir (dərman vasitəsi deyildir). Məhsulun əsas üstünlüyü qığırdaq toxumasının bərpası və oynaqlarda surrtkanlığın azaldılması üçün ən vacib olan dörd aktiv komponentin birgə sinergetik təsirindədir.
Tərkibindəki Qlükozamin sulfat qığırdaq toxumasının əsas tikinti materialıdır. O, zədələnmiş qığırdaqların bərpasını sürətləndirir, oynaqların aşınmasının qarşısını alır və iltihabi prosesləri azaltmağa kömək edir.
Xondroitin sulfat oynaq qığırdağında suyun və qida maddələrinin saxlanmasını təmin edərək onun amortizasiya (zərbəuducu) qabiliyyətini artırır. Qığırdağı parçalayan fermentlərin fəaliyyətini tormozlayır və oynaq içi mayenin istehsalını dəstəkləyir.
Metilsulfonilmetan (MSM) təbii kükürd mənbəyidir. Oynaq və əzələ ağrılarını azaltmaqda, iltihabı aradan qaldırmaqda və bağların elastikliyini bərpa etməkdə mühüm rol oynayır.
Hialuron turşusu oynaq daxili sinovial mayenin əsas tərkib hissəsidir. Oynaqlarda sürtünməni azaldır, yağlama funksiyasını yerinə yetirərək rahat və ağrısız hərəkəti təmin edir.