Kanison Forte — dəmir çatışmazlığının əlavə mənbəyi kimi tövsiyə olunan, qan yaranma prosesini, immuniteti və hüceyrə səviyyəsində enerjini dəstəkləmək üçün nəzərdə tutulmuş kompleks tərkibli bioloji fəallığa malik qida əlavəsidir
Məhsulun tərkibindəki Dəmir Fumarat orqanizm tərəfindən yüksək həzm olunma dərəcəsinə malik dəmir formasıdır
Tərkibdə yer alan Fol turşusu (Vitamin B9) hüceyrə bölünməsi, nuklein turşularının sintezi və yeni qan hüceyrələrinin yaranması prosesində əvəzsiz rol oynayır
Məhsula əlavə olunmuş Sianokobalamin (Vitamin B12) sinir liflərinin örtüyünü qoruyur, mərkəzi və periferik sinir sisteminin funksiyasını dəstəkləyir
Tərkibindəki Askorbin turşusu (Vitamin C) güclü antioksidant olmaqla yanaşı, dəmir ionlarının həzm traktından sorulmasını və bədən hüceyrələri tərəfindən mənimsənilməsini dəfələrlə artırır, dəmirlə zənginləşdirmə prosesinin effektivliyini maksimuma çatdırır
Bu vasitə haddən artıq yorğunluq, xroniki halsızlıq, əmək qabiliyyətinin aşağı düşməsi, dəmir çatışmazlığı və anemiya riskinin qarşısının alınması zamanı orqanizmin dəmir və vital vitaminlərə olan ehtiyacını ödəyən etibarlı mənbədir