NEOMAX-FORTE — sinir sistemini dəstəkləmək, gərginliyi azaltmaq və yuxu rejimini tənzimləmək üçün nəzərdə tutulmuş kompleksi tərkibli bioloji fəallığa malik qida əlavəsidir. Tərkibindəki hər bir aktiv maddə bir-birinin təsirini gücləndirərək sinir sisteminə geniş spektirdə fayda verir.
Məhsulun tərkibindəki Pişikotu (Valerian) quru ekstraktı beyində həyəcan siqnallarını zəiflədən sistemlərə təsir edərək yuxuya getmə müddətini qısaldır, gecə oyanmalarının qarşısını alır və mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldaraq gərginliyi aradan qaldırır.
Tərkibdə yer alan Melissa yarpağının quru ekstraktı emosional gərginlik, narahatlıq və təşviş halını yüngülləşdirir, eyni zamanda streslə bağlı yaranan ürək döyüntülərini və mədə-bağırsaq spazmlarını rahatlatmağa kömək edir.
Tərkibindəki Maqnezium Sulfat heptahidrat əzələlərin rahatlamasını təmin edir, gərginlikdən yaranan əzələ spazmlarını azaldır və orqanizmdə stres hormonlarının səviyyəsini tənzimləyərək zehni yorğunluğu aradan qaldırmağa dəstək olur.
Məhsula əlavə olunmuş Vitamin B6 əhval-ruhiyyəni tənzimləyir.
Bu vasitə haddən artıq əsəb gərginliyi, emosional stres, yuxusuzluq, çətin yuxuya getmə və gün ərzində yaranan səbəbsiz narahatlıq hallarında tövsiyə edilir.