Onima Kids

Onima Kids

Məhlul (Sirop)

50 ml

OnimaKids — böyüməkdə olan uşaq orqanizminin fiziki, zehni, emosional və immun inkişafını kompleks şəkildə dəstəkləmək üçün xüsusi olaraq hazırlanmış aminturşusu və vitamin tərkibli bioloji fəallığa malik qida əlavəsidir. Məhsul damcı formasında təqdim olunur və istifadəsi uşaqlar üçün son dərəcə rahatdır. Dərman vasitəsi deyildir, gündəlik qidalanmanı orqanizmin ən vacib tikinti blokları ilə zənginləşdirən xüsusi formuladır.


Geniş tərkibə malik bu formula orqanizm üçün əvəzolunmaz və əvəzolunan 20 müxtəlif amin turşusunun və yüksək dozada C vitamininin təbii sinergiyasına əsaslanır. Tərkibindəki lizin, leysin, izoleysin, valin, prolin və arqinin kimi mühüm amin turşuları uşaqlarda əzələ və sümük toxumasının düzgün formalaşmasını tənzimləyir, böyümə hormonlarının sintezini stimullaşdırır, toxumaların bərpasını sürətləndirir və boy artımına müsbət təsir göstərir. Eyni zamanda bu amin turşuları maddələr mübadiləsini və həzm fermentlərinin işini tənzimləyərək zəif iştahlı uşaqların iştahasının təbii yolla bərpa olunmasına kömək edir.


Formuladakı triptofan, qlutamin, qlisin, serin və tirozin kimi komponentlər baş beyin qabığının və sinir sisteminin funksiyasını tənzimləyir. Bu maddələr uşaqlarda zehni inkişafı, diqqət toplanmasını, qavramanı, yaddaşı və yuxu rejimini dəstəkləyir, erkən yaşda rast gəlinən həyəcan və əsəbilik kimi halların azaldılmasına kömək edir. Tərkibindəki sistein və metionin isə təbii detoksikasiya proseslərində iştirak edərək hüceyrələrin zərərli maddələrdən təmizlənməsini və qaraciyər funksiyasının qorunmasını təmin edir.


Məhsulun tərkibindəki 100 mg C vitamini güclü antioksidant olaraq immun sistemini möhkəmləndirir, orqanizmin infeksion və virus xəstəliklərinə qarşı müqavimətini artırır, kollagen sintezini dəstəkləyir və tərkibdəki aminturşularının orqanizm tərəfindən maksimum dərəcədə mənimsənilməsini təmin edir. OnimaKids xüsusilə tez-tez xəstələnən, iştahasızlığı olan, fiziki və zehni gərginlik yaşayan, məktəb və bağça dövrünə adaptasiya olunan uşaqlar üçün ideal gündəlik dəstək vasitəsidir.


Paylaş: