PoliMax — immunitet sistemini gücləndirmək, orqanizmin enerji mübadiləsini bərpa etmək, müqavimətini artırmaq və gündəlik vitamin-mineral ehtiyacını tam qarşılamaq üçün xüsusi formulası ilə hazırlanmış bioloji fəallığa malik qida əlavəsidir. Tərkibindəki Beta-qlükan, zəngin B-kompleks vitaminləri, güclü antioksidantlar və vacib mikroelementlər sayəsində fəsil dəyişikliyi zamanı, xəstəlikdən sonrakı bərpa dövründə, eləcə də fiziki və zehni yorğunluq zamanı orqanizmə kompleks dəstək verir.
İmmunitet Sisteminin Gücləndirilməsi: Tərkibindəki Beta-qlükan təbii immunomodulyatordur, makrofaq hüceyrələrini aktivləşdirərək orqanizmin virus, bakteriya və infeksiyalara karşı müqavimətini maksimuma çatdırır. C vitamini, D3 vitamini, Sink və Mis ilə birlikdə infeksiyalardan müdafiə baryeri formalaşdırır.
Mərkəzi Sinir Sistemi və Enerji Bərpası: B qrupu vitaminlərinin (B1, B2, B3, B5, B6, B7, B9, B12) və Xolin maddəsinin sinergik təsiri sinir toxumasının bərpasını təmin edir, xroniki yorğunluq, halsızlıq və depressiv vəziyyətləri aradan qaldırır, zehni fəallığı və diqqət konsentrasiyasını artırır.
Hüceyrə Səviyyəsində Antioksidant Qoruma: A və E vitaminləri sərbəst radikalların hüceyrələrə vurduğu zərərin qarşısını alır, erkən qocalma prosesini ləngidir. Eyni zamanda dəri, saç və dırnaqların təbii gözəlliyini və sağlamlığını bərpa edir.
Sümük, Əzələ və Endokrin Sistem Dəstəyi: Tərkibindəki Kalsium və Maqnezium sümük toxumasını və əzələ tonusunu qoruyur, Yod isə qalqanvari vəzinin normal fəaliyyətini və hormon balansını dəstəkləyir.