Probel saşe bağırsaq mikroflorasının təbii tarazlığını bərpa etmək, həzm sisteminin fəaliyyətini tənzimləmək və orqanizmin müqavimətini artırmaq üçün nəzərdə tutulmuş müasir kombinasiyalı qida əlavəsidir
Məhsulun tərkibindəki təbii probiotik maya olan Saccharomyces boulardii mədə turşusuna və həzm fermentlərinə qarşı yüksək dərəcədə dözümlüdür. O, bağırsaqlara zədələnmədən çataraq patogen (zərərli) mikroorqanizmlərin və bakteriyaların çoxalmasının qarşısını alır, təbii floranın bərpasına şərait yaradır. Xüsusilə antibiotik müalicəsi zamanı və ya sonrasında yaranan bağırsaq pozğunluqlarının, eləcə də müxtəlif mənşəli ishalların sürətlə qarşısını almaqda müstəsna rol oynayır.
Digər canlı probiotik komponent olan Lactobacillus Rhamnosus bağırsaq divarlarına yapışaraq qoruyucu bir sədd yaradır. Bu faydalı bakteriyalar həzm prosesini asanlaşdırır, qida maddələrinin və sorulmasını yaxşılaşdırır, qarın köpü, spazm, qaz yığılması və həzmsizlik kimi narahatlıqları azaldır.
Tərkibdəki sink mineralı isə yalnız immuniteti gücləndirməklə qalmır, hətta bağırsağın zədələnmiş epitel toxumasının və selikli qişasının təmirini sürətləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.