SOLO D3

SOLO D3

Məhlul (Sirop)

15 ml (50.000 BV)

SOLO D3 — orqanizmin D3 vitamininə olan gündəlik tələbatını ödəyən, yağ əsaslı (günəbaxan yağı) yüksək mənimsənilmə qabiliyyətinə malik məhlul-damcı formalı bioloji fəallığa malik qida əlavəsidir.

D3 vitamini (Xolekalsiferol) kalsium və fosforun bağırsaqlarda sorulmasını və sümük toxumasına daşınmasını tənzimləyən əsas elementdir. Sümüklərin və dişlərin düzgün formalaşması, möhkəmlənməsi və inkişafı üçün vacibdir. Uşaqlarda raxit xəstəliyinin qarşısını almağa, böyüklərdə runsüzlük, sümük zəifliyi və osteoporoz riskini azaltmağa kömək edir.

Məhsul müdafiə sistemini aktivləşdirərək orqanizmin infeksiyalara, mövsümi soyuqdəymə və virus xəstəliklərinə karşı müqavimətini yüksəldir. Həmçinin əzələ zəifliyini aradan qaldırır, əsəb sisteminin normal fəaliyyətinə və ümumi ruh yüksəkliyinə müsbət təsir göstərir.

Təbii günəbaxan yağı əsasında hazırlandığı üçün yağda həll olan D3 vitamini orqanizm tərəfindən daha sürətli və effektiv şəkildə həzm olunur. Məhsul 2 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər üçün istifadəyə uyğundur.

Paylaş: